Dörd ölkədən dollara ciddi zərbə

04 Aralık 2016
1 212
0
Dörd ölkədən dollara ciddi zərbə
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın dollarla bağlı oyununu pozmaq qərarına gəlib.

Türkiyə, Rusiya, İran və Çin qarşılıqlı ticarətdə dollardan imtina edərək öz valyutalarından istifadə edə bilərlər. Sputnik-in Hurriyet-ə istinadən verdiyi məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Biz Rusiya, Çin və İran ilə alış-verişimizi yerli pulla həyata keçirmək üçün addımlar atdıq. Sabah axşam baş nazirimiz Rusiyaya gedir. Oralarla ticarətimizi yerli pulla həyata keçirmək üçün addımlar atacağıq. Onlardan nəsə alsaq onların pulu ilə, onlar bizdən alanda bizim pulla alacaqlar. Mərkəz bankına təlimat verdik. Bu oyunlar tutmayacaq. Biz də öz oyunumuzu oynayacağıq", deyə Ərdoğan bəyan edib.

Türkiyə prezidenti həmçinin vətəndaşlara evlərində saxladıqları dollarları qızıla və türk lirəsinə dəyişməyi təklif edib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.