Neftçalada DƏHŞƏTLİ QƏTL: Arvadı və oğlu kişinin cəsədini yandırıb çaya atdı

07 Aralık 2016
1 672
0
Neftçalada DƏHŞƏTLİ QƏTL: Arvadı və oğlu kişinin cəsədini yandırıb çaya atdı
Neftçala rayonunda qətli törətməkdə şübhəli bilinən ailə üzvləri saxlanılıb.

2013-cü ilin iyul ayında itkin düşən 1961-ci il təvəllüdlü Heybətov Aydın Dəmir oğlunun qətlə yetirildiyi məlum olub.

Neftçala rayonu Yuxarı Qaraymanlı kənd sakini Dəmir Heybətovun şikayəti əsasında aparılan istintaq zamanı məlum olub ki, adı çəkilən şəxs həyat yoldaşı və övladı tərəfindən qətlə yetirilib. Həmin ayda qətlə yetirilən A.Heybətovun meyiti yandırılıb və daha sonra qalıqları Kür çayına atılıb.

Mərhumun qətli törətməkdə şübhəli bilinən həyat yoldaşı və övladı polis tərəfindən saxlanılıb.

Faktla bağlı Neftçala rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. apa

***

Neftçala rayonunun Yuxarı Qaraimanlı kəndində 3 il əvvəl itkin düşmüş kişinin meyidi öz həyətində basdırılıbmış.

Feat.Az virtualaz.org-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində 55 yaşlı Heybətov Aydın Dəmir oğlunun ailə münaqişəsi zəminində 2013-cü ilin iyul ayında qətlə yetirilərək, meyidinin həyətdə yandırıldığı və yerdə qalan hissələrinin Kür çayına atıldığı məlum olub.

Qətli törətməkdə Aydın Heybətovun ailə üzvləri -həyat yoldaşı Tükəzban və 2 övladı şübhəli bilinərək saxlanılıblar.

3 il ərzində Aydın Heybətovu soruşanlara ailəsindən Moskvaya "çörək pulu qazanmağa" getdiyi deyilirmiş. Amma mərhumun atası Dəmir kişinin təkidli şikayətlərindən sonra cinayətin üstü açılıb.

Qeyd edək ki, qətlindən bir həftə sonra Aydın Heybətovun qızının toyu olub.

Hazırda faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.