Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilir? - RƏSMİ

13 Aralık 2016
1 560
0
Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilir? - RƏSMİ
"İsmayıllıda baş vermiş zəlzələlər çox da güclü zəlzələ deyil. Bu, çox güclü olmayan, amma hiss olunan zəlzələdir".

Feat.Az xəbər verir ki, bunu APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli İsmayıllıda baş vermiş zəlzələlərə münasibət bildirərkən deyib.

O bildirib ki, İsmayıllıda bu cür təkanların baş verməsi gözləniləndir: "Hazırda o zonaya xas olan bir proses gedir. Digər seysmogen zonalara nisbətən Şamaxı-İsmayıllı aktiv zonadır".

Q. Yetirmişli qeyd edib ki, Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilmir.

Qeyd edək ki, İsmayıllı rayonunda bir gündə iki zəlzələ baş verib. Zəlzələlər 3 bala qədər hiss olunub.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.