Məşhur brauzerin adı dəyişdiriləcək?

17 Ağustos 2014
1 550
0
Məşhur brauzerin adı dəyişdiriləcək?
Məşhur brauzerin adı dəyişdiriləcək?

"Microsoft" tərtibatçıları "Internet Explorer" veb-brauzerini xilas etmək üçün adının dəyişdirilməsi haqda müzakirələr aparırlar. Onlar tərəfindən təklif edilmiş "Ultron" adı rəhbərliyin xoşuna gəlməyib.

Milli.Az ictnews-a istinadən bildirir ki, brauzerin nüfuzunun azalması bu müzakirələrə səbəb olub. Proqramın cari versiyasının (Internet Explorer 11) nisbətən uğurlu olmasına baxmayaraq, istifadəçilər IE brauzerini kompüterlərinə quraşdırmağa tələsmirlər, çünki "Microsoft"un brauzerinin altıncı versiyasının çoxsaylı çatışmazlıqları hələ də yaddaşlardadır. Hesab edilir ki, adın dəyişdirilməsi brauzerə bu mənfi imicdən yaxa qurtarmağa kömək edəcək.

Qeyd edək ki, "Bromium Labs" şirkətinin hesabatına əsasən, 2014-cü ilin əvvəlindən "Internet Explorer" brauzerində ötən illə müqayisədə daha çox boşluq aşkarlanıb. IE bu göstəricisi üzrə başqa populyar brauzerlər arasında liderdir. Bununla belə ekspertlər bildiriblər ki, "Microsoft"un tərtibatçıları brauzerin təhlükəsizliyinə daha çox diqqət ayırmağa başlayıblar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.