İnstagram-da aktiv istifadəçi sayı 600 milyonu keçdi

16 Aralık 2016
1 682
0
İnstagram-da aktiv istifadəçi sayı 600 milyonu keçdi
Mobil paylaşım tətbiqləri arasında xüsusi bir yeri olan Instagram məhdud sayda fotoşəkil paylaşımıyla başladığı yolda 600 milyon aylıq aktiv istifadəçi sayını keçdi.
Feat.Az bildiri ki, bu barədə şirkətin rəsmi açıqlamasında qeyd edilib.

Xatırladaq ki, 2010-cu ilin oktyabrında iPhone tətbiqini tanıdan Instagram, ilk 1 milyon istifadəçiyə elə həmin ilin dekabrında çatmışdı.
2011-ci ilin iyununda 5 milyon, sentyabr ayında isə 10 milyon istifadəçi sayını keçmişdi.
Android tətbiqini 2012-ci ilin aprelində yayımlayan platformanın bir istifadəçi tapması 24 saat aldı və həmin vaxt iPhone-da Instagram istifadəçi sayı 30 milyon idi.

İnstagram-da aktiv istifadəçi sayı 600 milyonu keçdi


Facebook-un satınalma xəbəri də 2012-ci ilin aprelində açıqlanmışdı və Instagram-da istifadəçi sayı may ayında 50 milyona, 2013-cü ilin fevralında 100 milyona, 2014-ün martında 200 milyona, 2015-ci ilin sentyabrında isə 400 milyona çatmışdı.
500 milyon aylıq aktiv istifadəçi sayına bu ilin iyun ayında çatan şirkətin sonrakı 100 milyon aktiv istifadəçini qazanması 6 ay çəkdi.
Bununla da şirkət 2016-ci il bitmədən 600 milyon aylıq aktiv istifadəçi sayına çatdığını açıqladı.
Xəbərlər.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.