Whatsapp fırıldaqçılığı: 10 şəxsə göndər hədiyyə kartı qazan

23 Aralık 2016
2 378
0
Whatsapp fırıldaqçılığı: 10 şəxsə göndər hədiyyə kartı qazan
Son zamanlar Whatsapp üzərindən saxtakarlıq halları artmaqdadır. Hackerlər hədiyyə və ya daha sərfəli istifadə vədləri ilə istifadəçiləri aldatmaqda davam edirlər. Bir çox hallarda isə insanlardan bu mesajı 10 nəfərə göndərməsi tələb olunur. Qarşı tərəf tələb olunanı etdikdə isə onun kontaktında olan insanların da məlumatları təhlükə altına düşür.

Son zamanlar isə hackerlər insanların çox sevdiyi markaların adından istifadə edərək onların məlumatlarını ələ keçirirlər. Bu dəfə isə seçilmiş aldatma üsulu Starbucks Gift Card adı daşıyır. Hackerlər hətta bunun üçün məşhur markanı təqlid edən sayt da hazırlayıblar. Burda hədiyyə kartını qazanmaq üçün mesajı 10 dostunuza göndərməyiniz tələb olunur. Daha sonra sizdən şəxsi məlumatlarınız tələb olunur.

Whatsapp fırıldaqçılığı: 10 şəxsə göndər hədiyyə kartı qazan

Whatsapp fırıldaqçılığı: 10 şəxsə göndər hədiyyə kartı qazan

Whatsapp fırıldaqçılığı: 10 şəxsə göndər hədiyyə kartı qazan


Bu tələblər Android və iOS istifadəçilərinə görə dəyişir. Verilən məlumata görə artıq müəyyən müddətdir ki, Cənubi Amerika və Şimali Amerika istifadəçiləri bu problemlə qarşılaşmaqdadır. Windows Messenger ilə həyatımıza daxil olan belə saxtakarlıq nümunələri yeni tətbiqlər üzərində də istifadə olunmaqda davam edir.
technote.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.