Sabaha olan hava proqnozu açıqlandı

04 Ocak 2017
1 455
0
Sabaha olan hava proqnozu açıqlandı
Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq.

Feat.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 5-də yarımadada və paytaxtda mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeronda gecə 1-4° isti, gündüz 8-13° isti, Bakıda gecə 1-3° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.