Məhkəmədə atasını döyəcləyən 10 yaşlı Nurayla bağlı QƏRAR VERİLDİ

07 Ocak 2017
1 992
0
Məhkəmədə atasını döyəcləyən 10 yaşlı Nurayla bağlı QƏRAR VERİLDİ
On yaşlı Nurayla bağlı sosial şəbəkələrdə yayılan video ölkədə böyük rezonans doğurub. Paylaşılan görüntülərdə azyaşlının məhkəmə qərarı ilə xalasından alınaraq zorla atasına verilməsi əks olunub.

Feat.Az xəbər verir ki, “Qafqazinfo” ailə ilə bağlı bəzi məlumatlar əldə edib.

Məlum olub ki, 10 yaşlı Nuraya Mehriban adlı xalası 9 ayından bu günə kimi analıq edib. Nurayın anası Rübabə 2004-cü ildə Əvəz Bayramovla ailə həyatı qurub.

Ə.Bayramov 5 saylı doğum evində anestezoloqdur. İki il sonra Nuray dünyaya gəlib, ata 9 ay sonra öyrənir ki, həyat yoldaşı xərçəng xəstəliyinə tutulub. Ata xərçəng xəstəsi olan qadını və 9 aylıq körpəsini evdən qovub. Ə.Bayramov yenidən evlənəcəyi barədə onlara məlumat verib.

Nurayın anası isə xəstəliyindən bir neçə ay sonra xəbər tutur. 2010-cu ildə isə dünyasını dəyişir. 4 yaşlı Nurayı xalası himayəsinə götürür. Uşaq Mehriban xanıma ana, onun həyat yoldaşına isə ata deyir. Bu illər ərzində Əvəz Bayramov qızı ilə maraqlanmır, aylıq ödəməli olduğu alimentdən imtina edir. Hətta onun daha sonra aliment sənədlərini saxtalaşdırdığı iddia olunur. Ata 2011-ci ildə məhkəməyə müraciət edərək qızını geri qaytarmaq istədiyini bildirir.

Ötən il dekabrın 7-də Quba Rayon Məhkəməsinin icraçıları Nurayın analığından alınaraq heç vaxt görmədiyi atasına verirlər.

Mehriban xanımın vəkili bildirib ki, Nuray hazırda müvəqqəti olaraq xalasının yanındadır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.