Məhkəmə Ebru Gündeşlə bağlı qərar qəbul etdi

09 Ocak 2017
1 386
0
Məhkəmə Ebru Gündeşlə bağlı qərar qəbul etdi
Müğənni Ebru Gündeşin Rza Zərrabla birgə cəzalandırılması və 3 illik həbs edilməsi tələb olunan villa davasına məhkəmənin qərarı ilə yenidən baxılıb.

Feat.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Zərrab ABŞ-da həbs olunduğu üçün ifadəsinin alına bilməməsi və Gündeşin də ədalətlə mühakimə edilməsi haqqına sahib olması səbəbindən məhkəmə yeni qərar qəbul edib.

Qərara əsasən, müğənninin işinə ayrılıqda baxılacaq.

Qeyd edək ki, Rza Zərrab Kanlıca sahilində özü və həyat yoldaşı üçün villa almışdı. Mülklərdə təmir işlərinin aparılması Türkiyə qanunvericiliyində "Mədəni və təbii irsin qorunması qanunu"na zidd olduğu üçün o, həyat yoldaşı və bu işləri həyata keçirən Haqqı Süha Gökdemir adlı şəxs barəsində cinayət işi açılmışdı.
Axşam.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.