Gələcəyimizin əks olunduğu 8 SİRR – Gizli güclərin şifrəli 2017-ci il MESAJI

30 Ocak 2017
2 085
0
Gələcəyimizin əks olunduğu 8 SİRR – Gizli güclərin şifrəli 2017-ci il MESAJI
Dünyanı idarə edən bir qüvvə var. Buna “dünya hökuməti” də deyilir. Xüsusilə konspriologiyanın tərəfdarları bu ideyanı israrla müdafiə edir. Onların fikrincə, bu qüvvə “Bilderberq” klubudur.

Gələcəyimizin əks olunduğu 8 SİRR – Gizli güclərin şifrəli 2017-ci il MESAJI

Feat.Az publika.az-a istinadən xəbər verir ki, “Bilderberq” adlanan klubun hər il qapalı yığıncağı keçirilir. Bu yığıncaqda təxminən dünyanın 130 ən nüfuzlu siyasətçisi və biznesmeni iştirak edirlər. Bəzən böyük media korparasiyalarının nümayəndələri də sirli toplantılara qatılırlar, lakin onlar indiyə qədər bir cümlə də olsun bu haqda yazmayıblar.

Klubun ilk toplantısı 1954-cü ildə keçirilib. Konspriloqlar əmindirlər ki, bu, “dünya hökuməti”dir. Gizli yığıncaqda iştirakçılar dünyanın yeni nizamının qurulmasını müəyyən edirlər.

Lakin klubla bağlı fərqli düşünənlər də var. Belə ki, klubun toplantılarının əslində, istirahət məqsədi daşıdığı deyilir. İctimaiyyətin diqqət mərkəzində olan şəxslər bu qapalı yığıncaqda asudə vaxt keçirir, əylənirlər.

Sui-qəsd nəzəriyyəsi haqda kitabın müəllifi Devid Aaronoviç deyir ki, yığıncaq “zənginlər və qüdrətli şəxslərin təntənəli şam yeməyi”ndən ibarətdir. Oradakı insanlar rahat şəkildə əylənir, istirahət edirlər.

İddialar və ehtimallar isə səngimək bilmir. Əsas ehtimallardan biri də “Bilderberq” klubunun nəşrinin Böyük Britaniyanın “The Economist” jurnalının olması ilə bağlıdır. Hansı ki, dünyanı idarə edənlər gələcək proqnozları bu jurnal vasitəsilə cəmiyyətin beyninə ötürür.

Bununla bağlı ilk araşdırmanı dünyada rəmzləri tədqiq edən “Vigilant Citizen” saytı aparmağa başladı. Sayt “The Economist”in “Dünya 2015-ci ildə” adlı nömrəsinin üz qabığındakı kollajda nüvə göbələyinin, ABŞ Federal Ehtiyat Sisteminin simvolunun və dünya liderlərinin fotolarını gördü və anladı ki, bu, əbəs yerə deyil.

Gələcəyimizin əks olunduğu 8 SİRR – Gizli güclərin şifrəli 2017-ci il MESAJI

Sayt araşdırmasının nəticələri haqda bunları yazdı: “Jurnalın üz qabığındakı kollajda iki şəxsin bir-birinin əksi istiqamətinə baxması Qərb və Şərq arasında qarşıdurmaya işarədir. Siçovultutan tütəkçinin fotosu qlobal epidemiyaya və ya qəzaya işarə verir. Əlində oyuncaq təyyarəsi ilə baxan oğlan və “Təlaş” oyununun təsviri Rotşildlərin növbəti maliyyə böhranını təşkil etməyə hazırlaşdığını göstərir. Əzələli pandanın əlində böyük batareya saxlaması Çinin güc toplayaraq, gücün Qərbdən Şərqə keməsinə çalışacağını simvollaşdırır. “Məzuniyyət” jurnalını oxuyan kabus fotosu kasıblara məzuniyyətdə həyatlarının dəyişəcəyi mesajını verməkdir və s.

Bu informasiyalardan sonra iddialar daha da çoxaldı və böyük təlaş yarandı. “YourNewsWire.com” saytının əməkdaşları “The Economist” jurnalının redaksiyasına zəng edərək, məsələni aydınlaşdırmağa çalışdılar. Suallara jurnalın redaktoru Daniyel Franklin cavab verdi:

İki şəxs

Kollajda başqa-başqa tərəfə baxan iki nəfərin təsviri dünyada millətçilərin ayağa qalxmasına və populist liderlərin beynəlxalq münaqişəyə səbəb ola biləcəyinə işarədir.

Siçovultutan tütəkçi


Redaktor deyir ki, bu XX əsrlə bağlı tarixi məqalənin fotosudur və heç nəyə işarə etmir.

Təyyarəli oğlan və “Təlaş” oyunu


Birinci uçuşların dövlətin tənzimlənməsi, ikincisi isə maliyyə böhranından necə xilas olmaqla bağlı materialın fotosudur.

Əlində batareya olan əzələli panda


Panda həqiqətən də güc toplayan Çindən bəhs edir. Jurnalın həmin nömrəsində buna məqalə həsr olunub. Pandanın əlindəki batareya isə sırf hərfi mənaya malikdir. Nömrədə Yaponiyanın küləyin gücü və günəş batareyalarının köməyi ilə elektrik enerjisini istehsal etməsindən bəhs edən material yaymlanıb.

“Məzuniyyət” jurnalını oxuyan kabus


Bu, mobil qurğuların proqramlaşdırılması haqqında illüstrasiyadır. Yeni proqramlara görə, telefon sahibinin məzuniyyət səfərindən əvvəl niyyətini biləcək və ona faydalı məlumatlar təklif edəcək. Lakin mobil telefonun öz sahibi haqqında nəyisə bilməsi bir qədər qorxuludur. Ona görə də kabus fotosu dərc olunub.

Redaktor Daniyel Franklin kollajı belə izah edir və onların nəyəsə işarə etdikləri haqda deyilənləri təkzib edir.

Bu məqalədəki faktlar və ümumiyyətlə bir çox prosesin üst-üstə düşməsi Daniyel Franklinin təkzibinin doğru olmadığını deməyə əsas verir.

Bütün diqqət “The Economist”in “Dünya 2017-ci ildə” nömrəsinin üz qabığındakı kollaja yönəlir. Dünyanı idarə edən güclər bu il nə etməyi düşünür, yaxud bəşəriyyətin taleyi necə olacaq?

Gələcəyimizin əks olunduğu 8 SİRR – Gizli güclərin şifrəli 2017-ci il MESAJI

Əvvəlki saylardan fərqli olaraq, bu dəfə jurnal kollajı başqa cür hazırlayıb. Belə ki, kollajda 8 kart var və hər bir kartın üzərində ayrıca illüstrasiyalar yerləşdirilib. Kartları bir-bir təhlil etdikdə onların düzüldüyü ardıcıllıqda da bir mənanın olduğunu demək mümkündür.

Birinci kart – “QALA”: burada gövdəsi bir, yuxarı hissəsi isə ayrı olan qala təsvir olunub. Qalanın üst hissəsində alov dilimləri var. Qalanın sağında və solunda isə üz-üzə gələn ordular var. Bir ordunun əlində üzərində oraq-çəkic olan qırmızı bayraq, o biri ordunun əlində isə xaç işarəsi var. Bu Avrasiyanı təmsil edən Rusiya və Çinin Qərb yarımkürəsi ilə açıq şəkildə toqquşmasına işarə ola bilər. Xaç daha çox xristianların Vatikanın liderliyi altında Şərqi istila etməyə çalışdıqları “Səlib yürüşü”nü xatırladır. Qala çox güman ki, dünyaya hakim olmağın simvoludur və hər iki tərəf bunun uğruna döyüşür.

İkinci kart – “HÖKM”: burada Yer kürəsinin üzərində əyləşmiş, bir əlində tac, o biri əlində əsa olan Donald Trampın fotosu var. Hesab etmək olar ki, birinci kartda dünya hökmdarlığı uğrunda aparılan mübarizənin nəticəsi ikinci kartda əks olunub. Yəni Donald Trampın rəhbərlik etdiyi Qərb yarımkürəsi qalib gələcək və dünyaya hökm edəcək. Kartın aşağısında yazılan qeyd də məhz “hökm”dür.

Üçüncü kart – “DÜNYA”: bu kartdakı illütrasiya qarışıqdır. Yuxarıda sarı günəş var, günəşdən çıxan qara xətlər hər tərəfə yayılıb. Günəşin sağında və solunda bir tablo və kitab var. Aşağıda tablo, kitab və pantomimo sənətinin simvolu yerləşdirilib. Lap aşağıda isə üç məbəd var. Onlardan biri pramidadır və bu, illuminatlara (dünyanda böyük güc sahib olan gizli təşkilat) işarə edir. Bütün bunların mənasının Trampın hökm edəcəyi dünyanın tamamilə bu güclərin əlinə keçməsinə işarə ola bilər.

Dördüncü kart – “TƏRKİ-DÜNYA”: burada dağın üzərində tərki-dünya olan adamın fotosu var, aşağıda isə əllərində müxtəlif şüarların yazıldığı bayraqlar tutan çoxlu insanın sıra ilə adımlaması təsvir olunub. Ardıcıllıq onu deməyə əsas verir ki, dünya məhz qaranlıq güclərin istədikləri şəkilə düşəcək, insanların sayı azalacaq. Addımlayan insanlar dünya əhalisinin planeti tərk etməsinə, yəni ölümünə işarə ola bilər. Tərki-dünya olmuş insan da bu kontekstdə diqqət çəkir. Bu kartdan sonra gələn beşinci kart belə ehtimalları daha da gücləndirir.

Beşinci kart – “ÖLÜM”: burada ölümü əks etdirən kabus ağ atın belində təsvir edilir. Ölümün niyə məhz ağ atın belində təsvir edildiyi maraqlıdır. Ümumilikdə isə bu illüstrasiya dünyada ölümlərin artacağına, kütləvi məhv olma prosesinə işarə ola bilər.

Altıncı kart – “MAGİKAN”: burada konkret nəyin təsvir edildiyi və verilən mesaj anlaşılmaz qalır.

Yeddinci kart – “FORTUNA ÇARXI”: burada dünyanın çarx kimi dönəcəyinə, yəni qarışıqlıq və xaosa işarə edildiyi ehtimalı böyükdür.

Səkkizinci kart
– “ULDUZ”: burada göydən yerə ulduz yağışı təsvir olunur. Bunun konkret nəyə mesaj olduğunu demək çətindir. Lakin ehtimal etmək olar ki, sonuncu kartda dünyanın haqqında danışılan qaranlıq güclərin görmək istədikləri kimi olacağına mesajdır.

Xüsusi qeyd: jurnalın üz qabığında “Planet Tramp” sözlərinin yazılması da diqqətdən yayınmır. Bu, dünyanın tamamilə Trampın rəhbərlik etdiyi ABŞ-ın hökdarlığı altına keçəcəyinə daha bir mesaj ola bilər. Donald Trampın seçki öncəsi vədlərində “Böyük Amerika” mesajları verməsi, Ağ Evə köçəndən sonra da eyni sözləri təkrarlaması bütün bunlar fonunda diqqətdən yayınmır.

Lakin qeyd etməliyik ki, bütün bunlar bizim şəxsi fikirlərimizdir. Biz sadəcə olaraq, konspriloqların iddiaları fonunda “The Ecomonist”in kollajına bu tərəfdən baxdıq. Kollaja fərqli yandan da baxmaq və bunun sadəcə bir məhsul olduğunu düşünmək də mümkündür. Hər şeyi necə olacağını isə sadəcə zaman göstərəcək.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.