İslam Dövləti (İŞİD) ABŞ-a gəldi

17 Ağustos 2014
1 805
0
İslam Dövləti (İŞİD) ABŞ-a gəldi
İslam Dövləti (İŞİD) ABŞ-a gəldi

İslam Dövləti (İŞİD) terror qruplaşması ABŞ-ın düz mərkəzində, Ağ Evin önündə çəkilən şəkillə ABŞ-a ciddi mesaj verib.

Məlumata görə, İslam Dövləti (İŞİD) terror qruplaşması İraqda ABŞ ordusunun hava hücumlarına məruz qadığı bir vaxtda, Ağ Ev rəsmilərini qorxutmaq üçün sosial şəbəkədə çəkdikləri fotoşəkli paylaşıblar. Belə ki, İŞİD üzvlərindən biri Ağ Evin qarşısındakı Pensilvaniya prospektində dayanaraq, arxa fonda Ağ Ev olmaqla İŞİD bayrağının şəklini çəkib və “Twitter” hesabında paylaşıb.

Fotoşəkildə ABŞ-a ismarış olaraq bu sözləri yazıb:

“İŞİD-dən ABŞ-a mesaj: Biz sizin ştatdayıq, biz sizin şəhərdəyik, biz sizin küçələrdəyik. Bizim hər yerdə hədəflərimiz var”

Qeyd edək ki, sözügedən şəkilin sosial şəbəkədə yayılmasından sonra Ağ Ev nümayəndələri təşvişə düşüblər. Bu səbəbdən də şəhərdə ciddi təhlükəsizlik tədbirləri görülməsi barədə xüsusi tapşırıqlar verilib.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.