Sabah Azərbaycana qar yağacaq

08 Şubat 2017
2 517
0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Feat.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi ərazilərində sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 0-3° isti, gündüz 3-6° isti, Bakıda gecə 1-3° isti, gündüz 3-5° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95% təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz
Fevralın 9-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

 

Azərbaycanın rayonlarında arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.

Copyright © 2022

Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır. Saytda yerləşdirilən xəbərlərə və şərhlərə görə yalnız müəlliflər məsuliyyət daşıyır.

Domain Registrant: Səxavət Əliyev

Email: [email protected]

Tel: +905537682756