“Gənclik Mall”da Kütləvi Dava - oğlana 6 bıçaq zərbəsi vurdular

10 Şubat 2017
2 031
0
“Gənclik Mall”da Kütləvi Dava - oğlana 6 bıçaq zərbəsi vurdular
Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Gənclik Mall" ticarət mərkəzinin giriş qapısının önündə kütləvi dava düşüb.
"Gənclik Mall" ticarət mərkəzindən çıxan 27 yaşlı Namiq İsmayılov bir neçə şəxsin hücumuna məruz qalıb. Əlbəyaxa dava zamanı N.İsmayılova 6 bıçaq zərbəsi vurulub. N.İsmayılov qanaxmadan huşunu itirib. O, taksi sürücüsünün köməkliyi ilə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, N.İsmayılovun vəziyyəti ağırdır.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

azxeber.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.