18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

18 Ekim 2020
2 206
11
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Bu gün - oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunur.

XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.

Rusiyadakı demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.

Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?"

Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.

1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.

Oktyabrın 18-i Azərbaycanda iş günüdür.
Əvvəlki Xəbər
RƏYLƏR
ЗайкА)
rəylər üçün təşəkkürlər )
Liserella
can cox sago yaxwikibu xeberii atmisan l haminizinda musteqillik gunun mubarekdi
Bella
  • Bella
  • 19 Ekim 2014 13:26
MUSTƏQİLLİK GÜNÜ MÜNASİBETİ İLƏ XALQIMIZI GEC DE OLSA TEBRİK EDİREM
_Əlinin Aşkı_
tebrik edirem butun Azerbaycanlilari
ձყlﻨ ցεƈε
Bayraminiz mubarek!
Drea..
Musteqilik gunumuz mübarək
Kıvırcık
Sitat: Weher uWagi
Müstəqillik günümüz çox mübarək, neçə belə illərə çıxaq
Weher uWagi
Müstəqillik günümüz çox mübarək, neçə belə illərə çıxaq
Omrum Ikimizin
Bayramınız mübarək!
ЗайкА)
Müstəqillik günümüz mübarək..
RƏY ƏLAVƏ ET