Türkmənistan prezidentindən maraqlı sərəncam: Hər qadına 40 manat hədiyyə

26 Şubat 2017
1 280
0
Türkmənistan prezidentindən maraqlı sərəncam: Hər qadına 40 manat hədiyyə
Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov maraqlı sərəncam imzalayıb.

Feat.Az istipress-ə istinadən xəbər verir ki, sərəncama əsasən, 8 Mart – Beynəlxalq Qadınlar günündə ölkədə yaşayan hər bir qadına dövlət başçısının adından 40 manat hədiyyə olunacaq.

Pul hədiyyəsi martın 1-dən 5-nə qədər olan dövrdə rəsmən işlə təmin olunmuş, təhsil alan, yaxud müavinət və təqaüd alan qadınlara paylanacaq. İşsiz qadınlar siyahıya daxil edilməyib. Bundan əlavə, 8 və daha çox uşağı olan qadınlara “Ene Məhri” medalı təqdim olunacaq.

Qeyd edək ki, aztəminatlı ailələrə prezidentin adından yeni mənzillərin açarları təqdim ediləcək. Aztəminatlıların necə müəyyənləşdiriləcəyi və neçə mənzilin təqdim ediləcəyi açıqlanmayıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.