Komandirini döyüş meydanından çıxaranda şəhid oldu - FOTO

28 Şubat 2017
2 098
0
Komandirini döyüş meydanından çıxaranda şəhid oldu - FOTO
Bir neçə gün əvvəl cəbhədə erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş hərbçi Cəfərov Zakir Nazim oğlu bu gün dəfn edilib.

Feat.Az
APA-ya istinadən xəbər verir ki, şəhidlə doğulub boya-başa çatdığı Keşlə qəsəbəsində vida mərasimi keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Nizami Rayon İcra Hakimiyyətinin, rayon hüquq mühafizə orqanlarının, idarə və təşkilatların kollektivləri, minlərlə şəhər sakini, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.

Şəhidin nəşi məsciddən Keşlə qəbristanlığınadək çiyinlərdə aparılıb. Əslən Ağdam rayonundan olan şəhid Nizami rayonu, Keşlə kənd qəbirstanlığında dəfn olunub.

Feat.Az cebhe.info-ya istinadla bildirir ki, Cəfərov Zakir Nazim oğlu Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin məzunu idi. Şəhid Zakir Cəfərov yaralı komandirini çiyninə alıb döyüş meydanından çıxarmaq istəyərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.