DƏHŞƏT: Qadının gözündən 8 smlik qurd çıxardılar

29 Mart 2017
2 939
0
DƏHŞƏT: Qadının gözündən 8 smlik qurd çıxardılar
Rusiya Tambov şəhəri oftalmoloji xəstəxanasına gözdə qaşınma və yanğı hissi şikayəti ilə qadın müraciət edib.

Komsomolskaya Pravda xəbər verir ki, müayinədən sonra qadında tropik ölkələrə xas olan filyarioz (parazitar xəstəlik) aşkar olunub.

Əməliyyat zamanı mütəxəssislər qadının gözündən 8 sm uzunluqda qurd xaric ediblər. Qurdun mikroskopik hissəsi də olsa xəstənin gözündə qalmamalı idi ki, bu daha sonra parazitin yenidən əmələ gəlməsinə və çoxalmasına səbəb olur.

İnsan filyarioz xəstəliyinə həşəratların dişləməsindən sonra yoluxur. Bu xəstəliyə Cənubi Amerika, Afrika, Avstraliya, Okeaniya və s. bu kimi tropik yerlərdə təsadüf edilir. Bu ölkələrə turist qismində gedən insanlar bu nadir xəstəliyə yoluxa bilər.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.