DİQQƏT: Enerji içkilərin saymaqla bitməyən təhlükələri var

DİQQƏT: Enerji içkilərin saymaqla bitməyən təhlükələri var
Hal hazırda bütün dükanlarda "enerji içkiləri" almaq olur. Bu içkilərin reklamında xüsusi olaraq vurğulanır ki, onlar insana əlavə enerji verir, yorğunluğu yox edir, "qanadlandırır" və s.

Bu içkilər son zamanlar bütün dünyada cavanların dəbli "aksessuarına" çevrildi. Cavanların çox hissəsi bu içkilərdən süi-istifadə edir (hər gün bir neçə banka qəbul edirlər). Lakin onlar bu içkilərin nə dərəcədə təhlükəli olduğundan xəbardar deyillər.

İlk növbədə bu içkilərin tərkibinə nəzər salaq. Bu tərkib heç də təhlükəsiz deyil. Beləliklə, onların tərkibinə əksər hallarda kofein (kifayyət qədər yüksək dozalarda), qlyükoza (yüksək dozada), bəzi vitaminlər (C, B5, B6), taurin (yüksək dozalarda) və s. daxildir. Bu maddələrin orqanizmə olan qarışıqlı təsiri alimlər tərəfindən hətta sona qədər araşdırılmayıb.

Bütün digər stimulyatorlar kimi, kofein sinir sisteminin tükənməsinə səbəb olur. Onun təsiri 3-5 saat ərzində saxlanılır, daha sonra isə insan çox güclü yorğunluq hiss etməyə başlayır. Əgər insan içkinin təsiri qurtardıqdan sonra "enerjini artırmaq" üçün yenidən enerji içkidən qəbul edərsə, bu orqanizmə yalnız və yalnız ziyan verəcək. Daim yüksək miqdarlarda enerji içkiləri qəbul edən insan az bir müddətdən sonra əsəbilik, yuxunun pozulması, depressiya və s.-dan əziyyət çəkməyə başlayır. Bütün bunlar isə məhz sinir sisteminin tükənməsi simptomlarıdır.

Bundan əlavə kofein alışqanlıq yaradır - bir müddətdən sonra insan hiss etməyə başlayır ki, bu içkilərsiz yaşaya bilmir (narkomanlarda olduğu kimi).
Bu içkilərin tərkibinə daxil olan B qrupu vitaminləri insanda taxikardiyaya (ürək döyünməsinin artması) səbəb ola bilər, qlyükoza qanda şəkərin kəskin artmasına səbəb olur.

Enerji içkilər sidikqovucu effekt verir və orqanizmin susuzlaşmasına gətirib çıxardır. Nəticədə isə böyrəklər əziyyət çəkir.

Enerji içkilərin alkoqol içkiləri ilə birlikdə qəbulu xüsusilə təhlükəlidir ki, arterial təzyiqin kəskin artmasına səbəb ola bilər.

İndi isə əsas məsələyə keçək. Enerji içkilər insana həqiqətən əlavə enerji verirmi? Həqiqətdə bu içkilər insana heç bir əlavə enerji vermir. İçkinin tərkibində olan maddələr (xüsusilə kofein) orqanizmi onun daxili enerji ehtiyatlarını sərf etməyə vadar edir. Biz sanki özümüz özümüzdən enerjini borc alırıq. Lakin gec və ya tez bu daxili enerji ehtiyatları tükənir və insan həddən artıq güclü yorğunluq hiss etməyə başlayır, sinir və ürək-damar sistemində müxtəlif pozulmalar yaranır.
Ürək xəstəlikləri, hipo- və hipertoniyadan əziyyət çəkən insanlar, hamilə qadınlar, uşaqlar və yeniyetmələr, 50 yaşından yuxarı olan insanlar bu içkiləri ümumiyyətlə qəbul etməməlidir.

Beləliklə, bütün dediklərdən belə bir nəticə çıxarmaq olar: enerji içkilər heç də təhlükəsiz deyil və onları yalnız çox nadir hallarda və az miqdarlarda (1 banka) qəbul etmək olar.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.