Manatın taleyini nə gözləyir? - Dolları olanlar, mütləq oxuyun!

06 Nisan 2017
1 713
0
Manatın taleyini nə gözləyir? - Dolları olanlar, mütləq oxuyun!
ABŞ Mərkəzi Bankı (FED) dünən axşam saatlarında açıqlanan qərarında uçot dərəcələrinin mərhələli şəkildə artacağı barədə məlumat yayıb. FED-in bu qərarından sonra dünya birjalarında dolların qiyməti qalxmağa başlayıb.

Qərarın milli valyutamıza təsiri olacaqmı?


Feat.Az bildirir ki, mövzu ilə bağlı metbuat.az-a açıqlama verən iqtisadçı Qubad İbadoğlu bildirib ki, Federal Ehtiyyatlar Sistemi uçot dərəcəsini mərhələlərlə qaldırarsa, təsirlər daha çox ola bilər:

“Azərbaycanın xarici iqtisadiyyatının əsas valyutası dollardır. Eyni zamanda, Azərbaycan Dövlət Neft Fondunun yığımları, Mərkəzi Bankın ehtiyyatları dollarladır. Hesab edirəm ki, dolların uçot dərəcəsinin Federeal Ehtiyyatlar Sistemi tərəfindən qaldırılması bütövlükdə dolların möhkəmlənməsinə cavab verən bir qərardır. Bu da son nəticədə Azərbaycanda yığmlarının məzənnə baxımından möhkəmlənməsinə gətirib çıxaracaq. Azərbaycan Dövlət Neft Fondu məzənnə fərqindən daha çox gəlir əldə edə bilər.

Qərarın ölkəmizə psixoloji təsirləri də ola bilər. Amma buradakı təsirin dərəcəsi, FED-in uçot dərəcələrini hansı səviyyəyə qaldırmasından ibarətdir".

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, ABŞ dollarının bu gün üçün rəsmi məzənnəsi 1,7140 manat təşkil edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.