Dolların yeni iş həftəsinə olan MƏZƏNNƏSİ

07 Nisan 2017
1 035
0
Dolların yeni iş həftəsinə olan MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 10-a olan USD/AZN məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, USD/AZN məzənnəsi 1,7031 manat səviyyəsində müəyyən olunub. Bu isə dolların məzənnəsinin stabil qalması deməkdir.

Qeyd edək ki, sonuncu dəfə dolların məzənnəsində rekord fevralın 1-də qeydə alınıb. Bu zaman USD/AZN məzənnəsi 1,9200 manat olmuşdu. Bu gün isə dolların məzənnəsi 1,7031 manat olub.
Əvvəlki Xəbər Növbəti Xəbər