Apple şirkətindən milyonlarla iPhone istifadəçisinə - BƏD XƏBƏR

14 Nisan 2017
1 133
0
Apple şirkətindən milyonlarla iPhone istifadəçisinə - BƏD XƏBƏR
Qarşıdakı günlərdə təqdim olunacaq iOS 10.3.2 versiyası milyonlarla “iPhone” istifadəçisini kədərləndirəcək.

Bu versiya ilə birlikdə iOS 10-un 32-bit dəstəyi sona çatır.

Qarşıdakı günlərdə təqdim ediləcək iOS 10.3.2 yenilənməsi, quruluşuna görə olduqca bənzərsizdir. Ancaq bunu yaxşı mənada vurğulamırıq. “Apple” bu günə qədər görülməmiş bir şeyi edir və iOS 10 versiyasının ortasında bəzi köhnə “iPhone” modellərinə dəstəyi dayandırır.
iOS 10.3.2 versiyasının iki beta versiyası da 32-bit cihazları dəstəkləmədi. Bu o deməkdir ki, təxminən 43,7 milyon “iPhone” istifadəçisi iOS 10.3.2 versiyasını istifadə edə bilməyəcək.

Çünki hələ də “iPhone 5” və “iPhone 5c” modellərini istifadə edən milyonlarla insan var. Bu telefonlar iOS 10 istifadə edən son “iPhone” cihazları olacaq. Bu modellər yalnız iOS 10.3.1 versiyasını istifadə edə biləcəklər.
Yenə də “iPhone 5” və “iPhone 5C” kimi cihazların, iOS 10.3.1 versiyasına qədər yenilənmiş olması sevindirici haldır. Çünki Android tərəfində bu cür köhnəlmiş cihazlar, yeni versiyalara qəbul olunmur. Yenə də Apple-ın iOS 10 versiyasının ortasında belə bir addım atması olduqca maraqlıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET