Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq — Sabahın hava proqnozu

23 Nisan 2017
1 905
0
Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq — Sabahın hava proqnozu
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Feat.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-11° isti, gündüz 14-17° isti, Bakıda gecə 8-10° isti, gündüz 14-16° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 754 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, aprelin 24-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 18-23° isti, dağlarda gecə 4-9° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.