Kənan M.M əhdini pozdu - FOTO

23 Ekim 2014
3 933
5
Kənan M.M əhdini pozdu - FOTO
Xalq və bəstəkar mahnılarının ifaçısı Vüsalə Rəcova bu gün "Sevməyi öyrədim" (musiqisi Rəşad Bağırov, sözləri Vüsalə xanımın) adlı mahnısını və eyniadlı klipini təqdimata çıxardıb.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, teleaparıcı Şəhriyar Əbilovun təqdimatı ilə klip və disk KİV-ə, Vüsalə xanımın musiqiçi qonaqlarına təqdim edilib. Klipin mövzusu gündəmlə səsləşir. Sevgilisinin telefonuna gələn bir mesaj onları bir-birindən ayırır. Kadrlarda sevdiyi insanı xatırlayan Vüsalə xanım onu bağışlamır. Qeyd edək ki, Kənan M.M 5 illik fasilədən sonra klip yaradıcılığına Vüsalə xanımın təklifi ilə davam edib. Vüsalə Rəcovanın ilk klipini uzun zaman öncə ekranlaşdıran Kənan M.M onun növbəti təklifi ilə öz qadağasına xitam verib. Xanım sənətçi ilə olan dostluğunu dəyərləndirərək, kamera arxasına keçib. Kadrları istedadlı operator Bəhruz Əliyev lentə köçürüb.

Milli Konservatoriya nəzdində musiqi kollecinin məzunu olan Vüsalə xanım hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alır. Bu camiyədə çalışan tanınmış xanəndələr və musiqiçilər Vüsalə xanımın təqdimat mərasiminə toplaşmışdılar. Arif Babayev, Mənsum İbrahimov, Niyaməddin Musayev, Babək Niftəliyev, Təyyar Bayramov, aşıq Zülifyə, Mirkamil Kamilov, Rövşən Əziz və digər tanınmışlar Vüsalə xanımın sənəti, təqdimatı çıxarılan klip və diski haqqında xoş sözlər ifadə etdilər.
Kənan M.M əhdini pozdu - FOTO
Kənan M.M əhdini pozdu - FOTO

Kənan M.M əhdini pozdu - FOTORedakte Etdi_♥Deli Qız♥Kənan M.M əhdini pozdu - FOTO
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
Omrum Ikimizin
Meluamata gore coxsagolun
_Əlinin Aşkı_
melumata gore sagol canim
..::TeHLuKe::..
reylere gore sagolun
Dear..
gülü superdi.təşəkkürlər
Bahar
  • Bahar
  • 23 Ekim 2014 21:21
xebere gore tesekkur
RƏY ƏLAVƏ ET