Magistraturaya ixtisas seçimi başladı

09 Haziran 2017
1 003
0
Magistraturaya ixtisas seçimi başladı
İyunun 9-dan 19-dək ali məktəblərin magistratura səviyyəsinə internet vasitəsi ilə ixtisaslaşma seçimi başlayıb.

Feat.Az lent.az-a istinadən xəbər verir ki, müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ümumilikdə 7709 plan yeri ayrılıb.

5541 yer (71.88 %) Azərbaycan bölməsi, 702 yer (9.11 %) rus bölməsi, qalan 1466 yer (19.01 %) isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub.

Qəbul planı üzrə yerlərin 6535-i dövlət (84.77 %), 1174-ü (15.23 %) isə özəl ali təhsil müəssisələrinin payına düşür. Dövlət sifarişi əsasında qəbul aparılan yerlərin sayı 2408-dir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET