Azercelldən inanılmaz Endirim.

26 Ekim 2014
1 595
5
Azercelldən inanılmaz Endirim.
Azercelldən inanılmaz Endirim.

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC daha bir endirim kampaniyasını abunəçilərinə təqdim edir. Şirkət 24 oktyabr - 31 dekabr 2014-cü il tarixində “Hədsiz” tarifinə 50% endirim kampaniyasına başlayır. Kampaniya çərçivəsində bütün - yeni, mövcud və Azercell şəbəkəsinə Mobil Nömrə Daşınma xidməti daxilində keçən fakturalı xətt abunəçiləri Azercell diler şəbəkələrindən Samsung Galaxy Alfa mobil telefonlarını və Samsung Galaxy Note 4 planşetlərini aldıqda “Hədsiz” tarif paketindən aylıq ödəməsi 50% endirimlə faydalana biləcəklər. Bu endirim bir il müddətində tətbiq ediləcək. Abunəçi kampaniyadan həm öz nömrəsi ilə, həm də yeni nömrə ilə yararlana bilər.

Azercell fakturalı xətt abunəçilərinə təqdim olunan “Hədsiz” tarif paketinə qoşulmaqla abunəçi aylıq 24.95 AZN abunə haqqı müqabilində inanılmaz endirim xidmətlərindən yararlana bilər. Belə ki, bu paketə qoşulduqda abunəçi şəbəkədaxili 3000 dəqiqə və şəbəkəxarici 500 dəqiqə zənglər etmək, 2000 ədəd ölkədaxili və beynəlxalq SMS göndərmək və 2000 MB həcmində mobil internet xidmətindən istifadə etmək imkanına malik olur.

Azercell-in abunəçilərinə təqdim etdiyi “Hədsiz” tarif paketinə qoşulmaqla siz də sərbəst ünsiyyətdən zövq alın!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
More
  • More
  • 13 Kasım 2014 10:10
AzerceLL hansıdık,??
Drea..
hm gozel kampaniyadı
Kıvırcık
Sitat: ♥Deli Qız♥
istifade edirem tewekkurler
_Əlinin Aşkı_
istifade edirem tewekkurler
Omrum Ikimizin
Azercell istifadə etmirəm
RƏY ƏLAVƏ ET