Namazın sözlərinin tərcüməsi

28 Haziran 2017
2 776
0
Namazın sözlərinin tərcüməsi
Namazın tərcüməsi
Təkbirətul-ehram
“Allahu əkbər”
Allah hər şeydən böyükdür.
Həmd surəsi
“Bismillahir-rəhmanir-rəhim”
Bağışlayan və mehriban Allahın
adı ilə.
“Əlhəmdu lillahi Rəbbil-aləmin”
Həmd-səna və tə᾽rif aləmlərin
Rəbbi olan Allah üçündür.
“Ər-rəhmanir-rəhim”
Rəhm edənlərin rəhm edənidir.
“Maliki yovmiddin”.
Qiyamət gününün sahibidir.
“Iyyakə nə’budu və iyyakə
nəstəin”.
Ilahi! Yalnız Sənə ibadət edir və
yalnız Səndən kömək diləyirik.
“Ihdinəs-siratəl müstəqim”
Bizi doğru yola hidayət et.
“Siratəl-ləzinə ən’əmtə ələyhim”
O kəslərin yoluna ki, onlara
ne᾽mət vermisən,
“Ğəyril-məğzubi ələyhim
vələzzallin”.
qəzəb etdiyin şəxslərin və
azğınların yoluna yox.
Ixlas (Tovhid) surəsi
“Bismillahir-rəhmanir-rəhim”
Bağışlayan və mehriban Allahın
adı ilə.
“Qul huvəllahu əhəd”
De ki, odur yeganə Allah.
“Allahus-səməd”
(O) Allah ehtiyacsızdır.
“Ləm yəlid və ləm yuləd”
Doğmayıb, doğulmayıb
“Və ləm yəkun ləhu kufuvən
əhəd”
Və ona tay olan bir kəs yoxdur.
Rükunun zikri
“Subhanə Rəbbiyəl-əzimi və
bihəmdi”
Mənim böyük Pərvərdigarımı hər
eyb və nöqsandan pak və
münəzzəh bilib Ona həmd-sitayiş
edirəm.
Səcdənin zikri
“Subhanə Rəbbiyəl-ə’la və
bihəmdih”
Mənim hamıdan uca məqamlı
Pərvərdigarımı hər eyb və
nöqsandan pak və münəzzəh
bilib Ona həmd-sitayiş edirəm.
Təsbihati-ərbəənin tərcüməsi
“Subhanəllahi vəlhəmdu lillahi və
la ilahə illəllahu vəllahu əkbər”
Hər eyb və nöqsandan pak və
münəzzəhdir Allah, həmd, tə’rif
yalnız Allaha məxsusdur,
Allahdan başqa heç bir mə’bud
yoxdur. Allah hamıdan
böyükdür.
Təşəhhüd
“Əşhədu ən la ilahə illəllah,
vəhdəhu la şərikə ləh, və əşhədu
ənnə Muhəmmədən əbduhu və
Rəsuluh. Allahummə səlli əla
Muhəmmədin və Ali-
Muhəmməd.”
Allaha həmd-səna və tə᾽rif
olsun. Şəhadət verirəm ki,
Allahdan başqa ayrı bir mə᾽bud
yoxdur və şəhadət verirəm ki,
Məhəmməd Onun bəndəsi və
elçisidir. Ey mənim Allahım!
Məhəmməd və Onun ailəsinə öz
rəhmətini göndər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.