Kolleclərə qəbul olmaq istəyənlərin nəzərinə

30 Temmuz 2017
1 709
0
Kolleclərə qəbul olmaq istəyənlərin nəzərinə
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən, lakin əvvəlcədən elan olunmuş tarixlərdə qeydiyyatdan keçməyən cari ilin məzunları üçün "Abituriyentin elektron ərizəsi" qeydiyyat sistemi ixtisas seçimi bitənədək yenidən aktiv edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

9 illik təhsil bazasından kolleclərə qəbul olmaq üçün ixtisas seçimi avqustun 6-dək davam edəcək.

Ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarında iştirak etmiş və tələb olunan müsabiqə şərtlərini ödəmiş cari ilin məzunları avqustun 6-dək qeydiyyatdan keçib ixtisas seçimində iştirak edə bilərlər.

İxtisas seçiminə buraxılış imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.