Azərbaycanda silah anbarında güclü partlayış

27 Ağustos 2017
2 330
0
Azərbaycanda silah anbarında güclü partlayış
Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın baş verib.

Feat.Az
-ın xəbərinə görə, bu barədə müvafiq məlumat Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

Hadisə nəticəsində ərazidə partlayışlar müşahidə olunub.

İnsidentin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir.

İndiyə olan məlumata görə həlak olan və xəsarət alan yoxdur.

10:11

Xızı rayonu yaxınlığında silah anbarında baş verən yanğın güclü partlayışlara səbəb olub.

Feat.Az bildirir ki, Bu barədə Oxu.Az-a hadisə şahidləri məlumat veriblər.

Ərazidən insanlar təxliyyə edilir. Bakı-Quba yolu tamamilə bağlanıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.

Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.