Dünyanın bir hissəsi qaranlığa qərq olacaq

27 Ekim 2014
1 624
0
Dünyanın bir hissəsi qaranlığa qərq olacaq
Dünyanın bir hissəsi qaranlığa qərq olacaq

Günəş fırtınasının ziyanının 2 trilyon təşkil edəcək.

Son 50 ilin ən böyük Günəş fırtınası səbəbilə 21, 22 və 23 dekabr tarixlərində (üç gün) dünyanın bir hissəsinin qaranlıqda qalacaq.

BiG.Az oxu.az-ə istinadən xəbər verir ki, bunu NASA rəhbəri Çarls Bolden açıqlayıb.

Dəfələrlə günəş fırtınası baş verib, amma bu dəfəki daha baha başa gələcək. İngiltərənin ən məşhur siğorta şirkəti olan "Lloyd's" ilə "Atmosfer və Ətraf Mühit Tədqiqat Mərkəzi" tərəfindən aparılan tədqiqatda belə bir Günəş fırtınasının ziyanının 2 trilyon dollar ola biləcəyini irəli sürüb.

Qeyd olunduğu kimi bir neçə vacib Günəş fırtınaları olub. Bunlara aşağıdakıları misal göstərmək olar:

1859-cu ildəki Karrinqton fırtınası - nəticədə qığılcımlar teleqraf xətlərinə sıçradı və ən azı bir işçini elektrik cərəyanı vurdu, dünyanın bir çox yerində isə teleqraf xidmətinin çökdüyü qeydə alındı.

1941-ci il fırtınası baş verən gün Nyu York-dakı "Bruklin" radio kanalı Dodcer-Pittsburq komandalarının oyununun canlı efir zamanı yayım 15 dəqiqəlik kəsildi.

1989-cu ildə Kanadanın Hidro-Quebek elektrik stansiyasında 3 naqilin qırılması ilə nəticələnən fırtına oldu. 6 milyon insan 9 saat işıqsız qaldı. Hadisə nəticəsində ölkəyə13 milyard (Kanada dolları) ziyan dəydi.

2003-cü ildə Halloven fırtınası- Bu günəş fırtınası 25 ilin ən böyük fırtınası kimi qeydə alındı. İsveçdə 50 min insan işıqsız qaldı. Cənubi Afrikada isə 12 generator təmiri mümkün olmayacaq şəkildə xarab oldu.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.