“WhatsApp”dan arzulanan YENİLİK gəlir

18 Ekim 2017
1 887
0
“WhatsApp”dan arzulanan YENİLİK gəlir
"WhatsApp" tərtibatçıları əlavədə istifadəçinin real vaxt rejimində yerləşdikləri yer barədə məlumatı qeyd etmək imkanını reallaşdırıblar.

Feat.Az
lent.az-a istinadən xəbər verir ki, messencerin rəsmi bloqunda bildirilir ki, geoməlumatlar istifadəçinin harada yerləşdiyi barədə məlumat verməSI üçün ən etibarlı və sadə vasitədir: "Siz dostlarınızla görüşmək, onlara sizin təhlükəsiz yerdə olduğunuz barədə məlumat vermək və öz istiqamət marşrutunuzu bölüşmək üçün geoməlumatlardan istifadə edə bilərsiniz".

Geomövqenin yayımı şifrələnmə ilə müdafiə olunub və istifadəçiyə onun məhz kiminlə - bu, hər hansı əlaqə nömrəsi və qrup da ola bilər, - həmçinin hər hansı vaxta qədər və müddət ərzində məlumatların bölüşməsini müəyyən etməyə imkan verəcək. Geomövqenin ötürülməsi ilə bağlı məlumatı istənilən zaman söndürmək mümkündür.

Geomövqe ilə bölüşmək üçün istifadəçi əlaqə çatını və ya qrupu açmalı, "əlavə etmək" düyməsini basıb "Yerləşdiyi yer" bəndini əlavə etməli və "Geoməlumatları bölüş" seçimini etməlidir. Həmçinin yerləşdiyi yer barədə məlumatın hansı müddətdə yayımlanmasını da seçmək mümkündür. Əgər bir neçə iştirakçı geomövqelərini bölüşəcəklərsə, onlar o zaman eyni xəritədə əks olunacaqlar.

"WhatsApp"da bildirirlər ki, yeni funksiya yaxın həftələrdə "Android" və iOS əməliyyat sistemlərində istifadəyə veriləcək.

Qeyd edək ki, geoməlumatların yayımı "Telegram" messencerində də mövcuddur.
Loading...

ƏN SON XƏBƏRLƏR

HAMISI
Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (320)
18:00
0

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (320)

Səbəbim Yazılı Şəkilləri 2019 (85)
17:00
84

Səbəbim Yazılı Şəkilləri 2019 (85)

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
67

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

Burun qanaxmasının səbəbləri və müalicəsi
15:00
59

Burun qanaxmasının səbəbləri və müalicəsi

Readers Notes Yazılı Şəkilləri 2019 (16)
14:00
219

Readers Notes Yazılı Şəkilləri 2019 (16)

Bürclər Haqqında Maraqlı Məlumatlar (617) - Fotolar
13:00
168

Bürclər Haqqında Maraqlı Məlumatlar (617) - Fotolar

Sinir sıxılması nədir? - Səbəbləri, əlamətləri
12:00
77

Sinir sıxılması nədir? - Səbəbləri, əlamətləri

Psixologiya Yazılı Şəkilləri 2019 (11)
11:00
245

Psixologiya Yazılı Şəkilləri 2019 (11)

Unsuz brauni resepti
10:00
58

Unsuz brauni resepti

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 528 İRƏLİ