Qəbul imtahanında daha bir yenilik: maksimum bal 400 olacaq

20 Ekim 2017
1 675
0
Qəbul imtahanında daha bir yenilik: maksimum bal 400 olacaq
Bu tədris ilində ali məktəblərə qəbul qaydalarında dəyişiklərin edilməsi nəzərdə tutulur.

Feat.Az
APA-ya istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı Şəmkirdə valideynlər və şagirdlərlə keçirilən görüşdə bildirib ki, cari tədris ilində XI sinfi bitirənlərə iki dəfə qəbul imtahanlarında iştirak etmək imkanı veriləcək.

O qeyd edib ki, keçən il bu yenilik yalnız bir qrup çərçivəsində tətbiq edilib:

“Yəni, abituriyent qəbul imtahanının birinci mərhələsində hansı qrup üzrə iştirak etmişdisə, iyulda keçirilən ikinci imtahanda da eyni qrupun imtahanında iştirak etməli idi.

Gələn il isə hər abituriyentə iki fərqli qrup üzrə də imtahan vermək şansı tanınacaq. Onlar istəsə, qəbul imtahanlarının hər ikisində eyni və ya fərqli qrupda imtahan verərək ali məktəblərə qəbul müsabiqəsində iştirak edə biləcəklər”.

Bundan başqa, 2019-cu ildə tətbiqi nəzərdə tutulan buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq.

Məleykə Abbaszadə bildirib ki, buraxılış imtahanında iştirak edənlər üçün maksimum bal 300-dür.

O qeyd edib ki, abituriyentlər qəbul imtahanında 3 fəndən maksimum 400 bal toplaya biləcək, yekunda ən yuxarı bal 700 olacaq.

M.Abbaszadə bildirib ki, yeni modelə əsasən buraxılış imtahanları əvvəlki illərdə olduğu kimi, bir dəfə aparılacaq. Qəbul imtahanlarında isə abituriyentlərə bir neçə dəfə iştirak etmək imkanı veriləcək.

ƏN SON XƏBƏRLƏR

HAMISI
Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (33)
21:00
628

Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (33)

20.10.2019 Gündəlik Bürclər (20 Oktyabr 2019 Günlük Bürclər)
20:00
2 045

20.10.2019 Gündəlik Bürclər (20 Oktyabr 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (295)
19:00
786

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (295)

Sevdiyim Yazılı Şəkillər 2019 (85)
18:00
689

Sevdiyim Yazılı Şəkillər 2019 (85)

Qusma - hansı xəstəliklərin xəbərçisidir? - Qarşısını nələr alır...
17:00
173

Qusma - hansı xəstəliklərin xəbərçisidir? - Qarşısını nələr alır...

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
288

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

İki Kappuçino Yazılı Şəkilləri 2019 (28)
15:00
537

İki Kappuçino Yazılı Şəkilləri 2019 (28)

Yaddaşı gücləndirən 6 qida
14:00
146

Yaddaşı gücləndirən 6 qida

Bürclərin Sevilməyən Özəllikləri - Fotolar
13:00
442

Bürclərin Sevilməyən Özəllikləri - Fotolar

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ