“18+” filmin yaradıcısı çəkilişlərdən danışdı

18 Ağustos 2014
1 755
0
“18+” filmin yaradıcısı çəkilişlərdən danışdı
Gələn ilin ən çox səbirsizliklə gözlənilən ekran əsərinin – Ceymi Dornan və Dakota Consonun baş rollarda olacaqları erotik “Bozun 50 çaları” filminin ssenari müəllifi Kelli Marsel The Writer's Room tok-şousunda aparıcının – İran əsilli yazıçı Rza Aslanın “hiyləgər” suallarına cavab verməli olub. Təbiidir ki, cazib səhnələrin mühakiməəsindən də yan keçilməyib.

FeaT.az xəbər verir ki, "18+" kateqoriyasından olan səhnələrin romanın səhifələrindən ssenariyə köçürməyin nə dərəcədə çətin olması ilə bağlı suala Kelli cavab verib ki, məsələ doğrudan da mürəkkəb idi: “Mən sadəcə, “məhəbbətlə məşğul olurdular” yaza bilməzdim. Hər bir səhnəni maksimal əyani, inandırıcı və müfəssəl təsvir etməli idim. Ən maraqlısı isə odur ki, bu səhnələri 12 nəfərin iştirakı ilə işləməli oluruq. Etiraf edim ki, bu məni bir qədər utandırır”.

Söhbət aktyor işinin üzərinə gələndə Marsel bildirdi ki, baş qəhrəman, xüsusi özəllikləri olan milyarderi oynayan Ceymi Dornan, şübhəsiz, bu rola görə Oskara layiqdir. Eyni zamanda, həm qəddar, həm də zərif olmağı bu aktyor məharətlə bacarır.

Nə etməli, bizə yalnız böyük səbirsizliklə filmin ekranlara çıxacağı tarixi – 13 fevral 2015-ci ili gözləmək qalır.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.