9600-dan özünüzü qoruyun!

30 Ekim 2014
1 298
0
9600-dan özünüzü qoruyun!
9600-dan özünüzü qoruyun!

Dəhşətli olan isə bu sms-lərin telefondan istifadə edən uşaqlara da göndərilməsidir. Növbəti süjetmizdə bu mesajların göndərildiyi ünvandan, gənc nəslə mənfi təsirlərindən danışacayıq.

9600-dan bu səpkili mesajlar bir çoxlarına gəlir. Dəhşətli olan isə tanışlıq məzmunlu mesajlarınkütləvi şəkildə uşaqlara və yeniyetmələrə də göndərilməsidir.

Mütəxəssislər təsadüfi şəkildə yeniyetmə insanlara göndərilən belə mesajların ağır fəsadları ilə bağlı xəbərdarlıq edirlər. Psixoloq Murad İsayev məsələni belə izah edir:

"Onlar böyüklər kimi məsələni təhlil edə bilmirlər. İlk baxışdan inanırlar. Qarşılığını görməyəndə isə nəinki, dərsdən yayınma, psixoloji travma olur. Gəncliyə tez çıxırlar"

Bu mesajlar "ViaLink" provayderindən göndərilir. Şirkət isə kampaniyanın hələ tam hazır olmadığını əsas gətirərək, müsahibə verməkdən boyun qaçırdı. Maraqlıdır, görəsən, o kampaniya necə hazır olmaya bilər ki, insanlara mütəmadi şəkildə SMS-lər göndərilir?.

Ümid edirik ki, hər şey 9600-dan öz yarını tapacağına ümid edən 18 yaşlı bu xanımın istədiyi kimi olacaq. Ancaq unutmaq olmaz ki, bu sistemdə eyni nömrə bir neçə şəxsə verilir və bu da ciddi tanışlıq niyyətini sual altına qoyur..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.