“Güclü zəlzələ ocaqları var, ən təhlükəlisi…” – Şöbə müdirindən AÇIQLAMA » Feat.Az Sekiller, Xeberler, Yazili

“Güclü zəlzələ ocaqları var, ən təhlükəlisi…” – Şöbə müdirindən AÇIQLAMA

16 November 2017
459
0
“Güclü zəlzələ ocaqları var, ən təhlükəlisi…” – Şöbə müdirindən AÇIQLAMA
Son zamanlar Azərbaycanda zəlzələlərin sayı çoxalıb. Bunun səbəbi Azərbaycanın seysmik baxımdan aktiv zonada yerləşməsidir.

Feat.Az bildirir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli "Ölkə.Az"a açıqlamasında bildirib. Onun sözlərinə görə, ölkəmizdə mütamadi olaraq, yeraltı təkanlar olur və olacaq. T.Məmmədli bildirib ki, ölkəmizdə əsas zəlzələ təhlükəsi olan ərazilər Şamaxı, İsmayıllı, Gəncə, Abşeron yarımadası və Bakıdır:

"Ən təhlükəli zəlzələ ocaqları Böyük Qafqazın, Kiçik Qafqazın Azərbaycan hissələrində və Xəzər dənizindədir. Bundan başqa, digər ərazilərdə orta güclü zəlzələlərin olması mümkündür. Lakin həmin ocaqlarda yeraltı təkanlar baş verərsə, yalnız həmin ərazilər deyil, digər yaxın ərazilər də titrəyişə məruz qala bilər. Şamaxı və İsmayıllıda zəlzələlər hər zaman olub və gələcəkdə də olma ehtimalı var. Eyni zamanda, cənub rayonlarından Lerik və Masallıda da mütəmadi baş verir. Xəzər dənizində bir neçə ocaqlar var ki, onlar güclü seysmik təklühəyə malikdir. "Azəriçıraq" yataqlarının yanında kifayət qədər güclü zəlzələ ocaqları var. Bakıdan 50-60 km cənubda və şimalda yerləşən ocaqlar güclü seysmik intensivliyə sahibdir. Bunlar da Bakı üçün təhlükəlidir".

T.Məmmədli diqqətə çatdırıb ki, bu ocaqlar gələcəkdə daha da aktivləşərsə, Bakıda 12 ballıq şkalayla 9 bala qədər çox güclü titrəyiş yarada bilər:

"Paytaxt ərazisi baş verə biləcək yeraltı təkan 12 ballıq cədvəllə 8 bal qiymətləndirilir. Lakin yerli qurunt şəraitinə uyğun olaraq bu səviyyə arta bilər. Yəni ola bilər ki, Bakının müəyyən ərazisində 9 bal gücündə zəlzələ baş versin".

Onun sözlərinə görə, Bakıda bu cür zəlzələ olarsa, köhnə binaların hamısı dağılacaq: "Bu o demək deyil ki, sovet dövründə binalar pis tikilirdi. Sovet dövründə 1980-cı ildə seysmoloji xətirədə paytaxtın seysmik göstəriciləri Bakı və Abşeron ərazisi üçün 6 bal qiymətləndirilirdi. Sonralar bu 7 bal kimi qiymətləndirilib və 1991-ci ilə kimi bu belə olub. Bu tarixə qədər tikilən binalar 7 bala qədər dözümlü olub. İndi isə Bakıdakı tektonik zona 9 bal qiymətləndirilir. Yeni tikilən binalar isə 9 balla uyğundur".
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz