Bakıda faciəvi hadisə: Metrodan çıxan kişi qəfildən öldü - FOTO

03 Kasım 2014
1 350
0
Bakıda faciəvi hadisə: Metrodan çıxan kişi qəfildən öldü - FOTO
“Təcili yardım maşınının ora gəlib çatması haradasa 15-20 dəqiqə çəkdi”.


01.11.2014 saat 17:00 radələrində metronun
“Koroğlu”
FeaT.aZ-ın Oxu.Az-a istinadən məlumatına görə, metrodan çıxan 60-65 yaşlarında kişi eskalatora minməyə hazırlaşarkən qəfildən yerə yıxılıb. Ətrafdakı insanların yardımına baxmayaraq həmin şəxs bir neçə dəqiqə ərzində keçinib.

Hadisə yerində olan şəxslər dərhal polisə və təcili yardıma zəng vurublar:

“Təcili yardım maşınının ora gəlib çatması haradasa 15-20 dəqiqə çəkdi. Həkimlər briqadası gələndə kişi artıq ölmüşdü. Təcili yardım həkimləri onun boğulmadan və ya infarktdan öldüyünü güman etdiklərini dedilər. Onların ehtimalına görə, mərhum ya ürək tutmasından vəfat edib, ya da astma xəstəsi olub və boğulmadan keçinib”.

Mərhumun meyiti təcili yardım maşını ilə tibbi ekspertizaya aparılıb.


Bakıda faciəvi hadisə: Metrodan çıxan kişi qəfildən öldü - FOTO

Bakıda faciəvi hadisə: Metrodan çıxan kişi qəfildən öldü - FOTO
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.