“Bakılı oğlan”dan 500 milyonluq narkotik çıxdı

02 Kasım 2014
2 275
0
“Bakılı oğlan”dan 500 milyonluq narkotik çıxdı
“Bakılı oğlan”dan 500 milyonluq narkotik çıxdı

"Bakılı oğlanlar" (Parni iz Baku) Şən və Hazırcavablar Klubunun (KVN) üzvününü evindən narkotik tapılıb.

Bunu Lifenews yayıb. Moskva vilayətinin narkopolisi xüsusi əməliiyat keçirib.

Nəticədə İldar Ənvər oğlu Nurimanovun evindəki otaqlardan birində 170 kq heroin aşkar edilib. Narkotikin ümumi dəyəri 500 milyon dollardır. Polislər 6 nəfəri saxlayıb.

Heroin 700 paketdə olub.

Məlumata görə, narkotik maddə Əfqanıstandan banan yeşiklərində gətirilib.

Məlumatda qeyd edilir ki, "Bakılı oğlanlar"ın üzvü İ.Nurimanov özü hazırda Türkiyədədir. Amma onun tapılan külli miqdarda narkotiklə əlaqəsinin olub- olmadığı bəlli deyil.

Bu gün o, sorğu sual üçün Moskvaya qayıdacaq. Bəzi məlumatlara görə, narkotik satışı ilə onun cangüdənləri məşğul olub.

"Bakılı oğlanlar" (Parni iz Baku) Şən və Hazırcavablar Klubunun (KVN) keçmiş üzvü, tanınmış şoumen Bəhram Bağırzadə açıqlamasında belə bir adamın tanımadığını bildirib. O qeyd edib ki, sözügedən şəxs Parni iz Baku-da çalışmayıb.

"Bakılı oğlanlar"ın digər bir keçmiş üzvü Murad Dadaşov da məsələ ilə ANS PRESS-in sualını cavablandırıb. Tanınmış şoumen uzun illər KVN-də çalışdığını və İldar Nurimanov adını birinci dəfədir ki, eşitdiyini bildirib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.