Çox məsuliyyətli sənətdir - VİDEO

02 Kasım 2014
1 457
0
Çox məsuliyyətli sənətdir - VİDEO
Çox məsuliyyətli sənətdir - VİDEO


Müğənni Günel Ələkbərova və ölümə qalib gələn, xəstəlikdən sonra ilk dəfə ANS-in efirini seçən şair-publisist Akşin Yenisey bugün "Xəbərsizsiniz" verlişində qonaq olublar.

Verlişin mövzusu müğənnilərin intellektual səviyyəsinin nə dərəcədə yüksək olması idi. Bütün həmkarlarının adından çıxış edən müğənni Günel müğənnilərin savadsız deyilməsinə qarşı çıxdı. Əksər müğənnilərin musiqi təhsili olduğunu deyən Günel həmkarlarına intellektual cəhətdən zəif deyilməsini belə qəbul etmədi.

Şair-publisist Aqşin Yenisey isə dünyanın heç bir yerində sənət adamlarından "hərəkətverici qüvvə"yə malik olmadığını vurğuladı. Sənətçilərin cəmiyyətdə ancaq əyləndirici və yorğunluq götürücü mövqeyə malik olduğunu dedi.

Bununla razılaşmayan müğənni sənətçilərin Azərbaycanı dünyada tanıtmasından və təmsil etməsindən danışdı.

"Müğənnilik çox məsuliyyətli bir sənətdir. Ölkəsini başqa dövlətlərdə təmsil edən hər bir sənətçi öz ölkəsi haqqında az da olsa məlumata malik olmalıdır. O ən azından ölkəsinin milli dəyərlərini bilməlidir. Öz bayrağını başqa ölkələrdə ucaldan müğənnilər idmançılar qədər məsuliyyətlidir"- deyə Günel bildirdi.

VİDEO
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.