Sevginin Son istifadə Tarixi bəlli oldu

06 Kasım 2014
1 665
0
Sevginin Son istifadə Tarixi bəlli oldu
Sevginin Son istifadə Tarixi bəlli oldu

Sevginin son istifadə tarixi bəlli olub. Sən demə eşqin 12-18 ay ömrü var. ANS PRESS-in məlumatına görə, aparılan araşdırmalar eşqin müvəqqəti olduğunu ortaya çıxarıb.
Yüz illərdir sevginin simvolu olaraq ürək göstərilirdi. Amma son olaraq eşqin beyində yaşandığını ortaya çıxarıb. İnsan aşiq olanda meydana gələn iştah azalıb-artması, nəbzin sürətlənməsi, ürəkdə döyüntü, tərləmə, bağırsaqların hərəkəti, udqunmaq kimi fizioloji hadisələrlə bağlı olaraq eşqin rəmzi ürək göstərilirdi. Amma sevgi beyində başlayır və beyində bitir.
Birini çox sevən şəxs günün 85 faizini sevgilisini düşünərək keçirir. Eşqin ilk zamanlarında insan beynində həzz hormonları artır. Sevgi azalanda isə bu hormonların miqdarında eniş müşahidə olunur.
Sevdini görən zaman aşiq insanların xüsusilə alın bölgəsində işləmə qabiliyyəti azalır. Bu bölgə isə qərar vermə, məntiqi düşünmə kimi işlərə məsuldur. Funksiyaların azalması isə iş qabiliyyətinin azalması deməkdir. Yəni aşiq başda ağıl olmaz deyimi doğrudur. Bunun üçün də aşiq olan insanlar məntiqsiz və düşünülməmiş hərəkət etməyə meyilli olurlar.
Lakin sevgi ömür boyu davam etmir. Belə ki, eşqin ömrü ən yaxşı halda 3, ən pisdə isə 12-18 aydır.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.