Limon yaşıl çaya möcüze qatır

04 Kasım 2014
2 578
0
Limon yaşıl çaya möcüze qatır
Limon yaşıl çaya möcüze qatır

Yaşıl çay arıqlamağa kömək edir, yağların bədəndən çıxmasını asanlaşdırmaq və metabolizmi sürətləndirmək üçün gündə iki dəfə istehlak edilməlidir. Bundan başqa, limonla birləşəndə bu möcüzə ikiqat artmış olur.

Limon əlavə olunanda antioksidant səviyyəsi dəfələrlə artır. Çaya limon atıldığı zaman onun antioksidant gücü 7 qat daha da artır. Antioksidant isə xərçənglə bağlı yaranan şişlərin və ürək-damar problemlərinin bir nömrəli düşmənidir.

Yaşıl çayın qara çaydan daha təsirli və faydalı olduğu araşdırmalarla sübuta yetirilib. İçərisində kalium, florin, mis, C, B1, B2 vitaminləri, üzvi turşular ehtiva edən yaşıl çay həzmi sürətləndirir. Bundan əlavə, tanin və katexin təsirli antioksidantdır. Limon əlavə edildiyi zaman yaşıl çaydakı katexin miqdarı 13 dəfə artır.

Bəs limonun yağ yandırıcı xüsusiyyətini bilirsinizmi?

Səhərlər 1 stəkan suya sıxıb içdikdə metabolizmi sürətləndirir və zəifləməyə kömək edir. Dişlərin ağarmasından astmaya, ürək-damar problemlərindən və kəpəyə qədər bir çox mövzuda faydası olan limon arıqlamağa da kömək edən ən yaxşı dostunuz ola bilər. Turşu tərkibinə görə zərərli bakteriyaların ölümünə səbəb olarkən, həzm sisteminə də müsbət istiqamətdə təsir göstərir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.