Məleykə Abbaszadə boş qalan plan yerlərinin sayını açıqladı – “Ən çox bu universitetlərdə….”

16 Ağustos 2018
1 353
0
Məleykə Abbaszadə boş qalan plan yerlərinin sayını açıqladı – “Ən çox bu universitetlərdə….”
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçimlərinin nəticələri ilə bağlı jurnalistlərlə keçirdiyi görüşdə bir çox məsələlərə toxunub.

Feat.Az
bildirir ki, M. Abbaszadə bildirib ki, “Abituriyent”jurnalının 8-ci nömrəsi tezliklə nəşr olunacaq. Burada boş qalan plan yerləri haqda məlumat veriləcək.

Həmçinin, sədr bildirib ki, bu il 45021 plan yerinə 39947 nəfər qəbul olunub. Boş qalan plan yerlərinin sayı isə 5074-dür.

Ölkə üzrə qəbul göstəricisi 88 faizdir. Dövlət universitetlərində isə 91,5 % yerlər dolub. Boş qalan ixtisaslara plan yerlərinin sayı isə 3255 -dir.

I qrup üzrə – 1300

II qrup-1200

III qrup – 193

IV qrup – 95

V qrup – 357

Özəl ali məktəblərdə isə 72.97% plan yerləri dolub, 1819 yer isə boş qalıb. Bu da 27 % təşkil edir. Bütün ali məktəblərdə qəbul 90 % -dən yuxarıdır.

Bakı Bisnes Universitetində plan yerlərinin cəmi 43 %-i dolub, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında isə bu göstərici 41% -dir. Plan yerləri ən az bu təhsil ocaqlarında dolub. Bakı Dövlət Universitetində isə bütün plan yerləri dolub.

M. Abbaszadə qeyd edib ki, abituriyentlər çox zaman öz seçimlərində yalnız dövlət sifarişli yerlər seçirlər. Yüksək bal toplasalar belə qəbul ola bilmirlər. O, həmçinin qruplar üzrə hansı ballar arası neçə abituriyentin qəbul olmadığını da açıqlayıb.

Qeyd edək ki, yaxın saatlarda boş qalan yerlərə ixtisas seçimi elan olunacaq. Seçimlər avqustun 20-dək davam edəcək.
azedu.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.