"Ay "Azercell", məni nə hallara saldın?"

06 Kasım 2014
2 853
0
"Ay "Azercell", məni nə hallara saldın?"
"Ay "Azercell", məni nə hallara saldın?"

Model və aparıcı Tunay Əliyeva məhkəməyə verilib.

Feat.az-ın Axşamaz-a istinadən məlumatına görə, T.Əliyeva bu barədə sosial şəbəkədəki profilində məlumat verib. O, qeyd edib ki, “Azercell” şirkəti onu məhkəməyə verib və məhkəmənin qərarı modelin əleyhinə olub:

Şirkət məni məhkəməyə verib, xəbərim olmayıb. Məhkəmə iclası keçirilib, yenə də xəbərim olmayıb, məhkəmə qərar çıxarıb, bilməmişəm. Hətta qərarın verilməsindən on gün keçsə də, yenə xəbərsiz olmuşam. Axırda mənə icra şöbəsindən məktub gəlib ki, gəlin, 149 manat cərimənizi ödəyin. Niyə axı?”.

T.Əliyevanın sözlərinə görə, cərimələnməsinə səbəb iki il öncə “Azercell” nömrəsinin “yanması” olub:

Yəni həmin nömrəni çıxartdırmayıb, başqa nömrə almışam. Guya nömrədə borc yığılıb. Ay “Azercell”, bilsəydim ki, sən bunu mənə edəcəksən, heç bir il sənin siman olmazdım. Yazıqlar olsun, məni nə hallara saldın? Qanun və məhkəmədən şikayət etmirəm, dilim quruyar”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.