Nar Mobile Azərbaycanın ən böyük könüllülər proqramına sponsorluq edir

08 Kasım 2014
2 076
0
Nar Mobile Azərbaycanın ən böyük könüllülər proqramına sponsorluq edir
Nar Mobile Azərbaycanın ən böyük könüllülər proqramına sponsorluq edir

Avropa oyunlarına öz töhfəsini verən könüllülər mobil operatordan xüsusi bonus qazanacaqlar
“Nar Mobile” mobil operatoru Bakı-2015 Avropa oyunlarına öz töhfəsini vermək istəyən hər bir vətəndaşın bu təşəbbüsünü dəstəkləmək məqsədilə xüsusi aksiyaya start verib. Belə ki, mobil operator ilk Avropa oyunlarına könüllü olaraq qatılaraq öz töhfəsini vermək istəyən hər bir kəs üçün xüsusi hədiyyə paketi hazırlayıb. Aksiya çərçivəsində “Nar Mobile” mobil operatoruna qoşulan könüllülər pulsuz SIM kart, öz aralarında aylıq 300 dəqiqəlik danışıq, 300 SMS və 300 MB İnternet trafiki kimi bonuslar əldə edəcək, bu limit bitdikdən sonra isə dəqiqəsi cəmi 2 qəpikdən danışmaq fürsəti qazanacaqlar. Könüllülər arasında keçirilən müsabiqənin qalibləri isə əlavə hədiyyələr qazanmaq imkanına sahib olacaqlar.

Bakı-2015 Avropa oyunlarının rəsmi tərəfdaşı olan “Nar Mobile” mobil operatoru hər kəsi ümumi uğurumuza könül verməyə səsləyir. Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. Nar Mobile Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır. Wsemir.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.