Qəddarlıqla bağlı şok nəticə

08 Kasım 2014
1 111
0
Qəddarlıqla bağlı şok nəticə
Qəddarlıqla bağlı şok nəticə


Kütləvi informasiya vasitələrindəki "qorxulu" xəbərlər, telekanallardakı vəhşət və savaş filmləri, habelə videoyunların cəmiyyətdə cinayətkarlıq və zorakılıq hallarının artırması ilə bağlı iddialar az qala aksiom təsiri bağışlayır. Alimlərlə ictimai xadimlər 1920-ci ildən belə deyirlər.

Lakin ABŞ-ın Florida ştatındakı Stetson Universitetinin alimlərinin son tədqiqatı iddiaları puç edir.

Amerikalı alimlər 2910-2005-ci illərdə "qəddar" filmlərlə qətllərin sayı arasındakı əlaqəni araşdırıblar. Daha sonra isə 1996-2011-ci illərdə aqressiv videooyunların yeniyetmələr və gənclər arasında cinayətkarlıq statistikasına təsiri nəzərdən keçirilib.
İlk tədqiqat zamanı filmlərdəki zorakılıq səhnələri ilə cəmiyyətdəki cinayətlərin sayı müqayisə olunub. Məlum olub ki, bu iki məqam arasında heç bir əlaqə yoxdur. 1940-cı ildə isə tam əksinə, "qəddar" və qorxulu filmlərdə qətl səhnələrinin sayı sürətlə azalmağa başlanıb.

İkinci tədqiqatın nəticlərinə görə, qəddar və aqressiv videoyunlar gənclər arasında zorakılıq səviyyəsini artırmaq əvəzinə, azaldıb.

Alimlər bu qəribə korrelyasiyanı araşdırmağa davam edirlər. Amma onlar bildiriblər ki, qəddar filmlər və videooyunların sayı artsa da, onlar real həyatda neqativ sonuclara səbəb olmur.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.