Uşağa hansı yaşda necə oyuncaq almalı?

15 Kasım 2014
5 322
0
Uşağa hansı yaşda necə oyuncaq almalı?
Uşağa hansı yaşda necə oyuncaq almalı?

Biz hər zaman dönə-dönə təkrar edirik, oyuncaqlar uşaqların psixi və fiziki inkişafı üçün cox vacibdir. Uşaqlar oyuncaqlar vasitəsilə ətraf aləmi, insanlarla münasibəti və həmçinin özünü dərk edir. Bəs uşaqlar necə oyuncaqlarla oynamalıdır? Bu məqaləmizdə biz ilk 6 ayında uşaqlara necə oyuncaqlar almaq lazım olduğu barədə söhbət edəcəyik.

1-ci ay

Bu ayda çağanın görməsi zəif olur. Çağa yalnız səsə və al-əlvan rənglərə həssas olur. Hər hansısa bir əşyanın üzərinə fokslaşa bilmir. Çağa bu ayda yalnız anasının üzünə və hansısa hərəkət edən əşyaya baxa bilir. Bir ayının tamam olmasına az qalmış çağanın yatağından, başının 70 sm üzərindən çox əlvan oyuncaqlar asmaq məsləhətdir. Çağa bu oyuncaqlara baxaraq görmə qabiliyyətini yaxşılaşdıracaq. Çalışmaq lazımdır ki, oyuncaqlar rəngli olsun və hansısa musiqi sədası altında hərəkət etsin.

2-ci ay

Artıq oyuncaqları nisbətən aşağı salmaq lazımdır. Çalışın uşağınız əlini qaldıranda oyuncaqlar azacıq əlinə dəysin. Çünki hər bir insanda olduğu kimi uşağın da ən həssas reseptorları (ən kiçik qıcığı mərkəzi sinir sisteminə çatdırır) barmaq uclarındadır. Çalışın oyuncaqlar gigiyenik olsun, mütləq hər gün oyuncaqları yuyun və mümkün olduqca oyuncaqları tez-tez dəyişin. Çünki uşaq eyni oyuncaqlara öyrəşdikdən sonra ondan bezəcək.

3-cü ay

Bu ayda uşaqlar hələ oyuncaqları əllərində uzun müddət saxlaya bilməz, çünki onların əl əzələlərinin inkişafı buna imkan vermir. Lakin o, artıq oyuncaqları götürməyə can atmağa başlayacaq. Buna görə də bu ayda uşağın yatağının üstündəki oyuncaqları yumşaq və ya rezindən etmək lazımdı. Həmçinin bu ayda uşaqlar ətrafı əlləri ilə öyrənir desək, yanılmarıq, hər şeyə toxunmağı sevir. Buna görə də ona müxtəlif formalı oyuncaqlar verin.

4-5-ci aylar

Artıq bu ayda uşağın başının üstündə fırlanan oyuncaqlar çağanı qıcıqlandırmağa başlayacaq. Çünki o, həmin oyuncaqları tutub yoxlamaq istəyəcək, əli catmayanda isə narahat olmağa başlayacaqdır. Bu zaman ən məsləhətlisi o olardı ki, həmin oyuncaqları uşağın yanına qoyasınız və istədiyi zaman onunla oynaya bilsin. Bu aydan etibarən uşaq asanca oyuncağa tərəf əyilir, onu götürür və hətta dadına da baxır. Buna görə də uşaqlara oyuncaq alanda bütün bu şərtləri nəzərə alıb uşağınıza oyuncaq seçin.

6-cı ay

6 aylıq uşaq artıq oynayacağı oyuncağı özü seçəcək. Onların hərəkətləri böyüklərlə müqayisədə çox yavaşdır. Lakin əgər uşağınız hər hansısa bir oyuncağı götürməyə çalışırsa, həmin anda ona mane olmayın. İmkan verin istədiyi oyuncağı özü götürsün. Çünki uşağınızı belə rahatlığa alışdırsanız, istədiyi hər şeyi ona asanca versəniz, o, gələcəkdə özgüvəni aşağı birinə çevriləcək. Hər hansı bir hadisəyə qərar verməkdə çətinlik çəkəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.