Xatirə: "O xanımın danışığına görə ərimin yanında utandım"

16 Kasım 2014
1 292
0
Xatirə: "O xanımın danışığına görə ərimin yanında utandım"
Xatirə: "O xanımın danışığına görə ərimin yanında utandım"

Xatirə muğam ifaçısını bu yaxınlarda proqramların birində söylədiyi fikirlərinə görə tənqid edib:

“Verilişlərin birində bir mövzu qoyulmuşdu: “Müğənniyə qız verib, alarsınız?” Qonaqlardan biri 2-3 nəfərə xoş getsin deyə başlayıb ki, “Mən müğənni olmağıma çox peşmanam. Oğluma müğənni qız almaram, oxuyana da qız vermərəm. Siz bir-birinizə belə deyəndə, sizə adi insanlar görün hansı gözlə baxır. Mən kim olursa olsun, o cür danışan adamlara salam da vermirəm. Ümumiyyətlə, müğənni bir-birinə hörmət etməyəndə mən o ifaçıya düşmən ola bilərəm. Bizim sənətə nə olub ki? Özünüzə qiymət qoyun, danışığınıza fikir verin. Toyda da həmin qadının özünə dedim ki, sən düzgün hərəkət eləmədin. Mən şəxsən o xanımın danışığına görə ərimin yanında utandım”.

Qeyd edək ki, xanəndə Elnarə Abdullayeva “Düzünü desək” verilişində “Mən müğənni qız almaram, oxuyana da qızımı vermərəm. O qədər şeylər görürəm ki, dəli oluram. İnsan bu qədər xaraktersiz olar? Qadın necə bəzi pis hərəkətlərə yol verə bilər? Mən özüm də bu sənətə gəlməyimə peşmanam”, - deyə açıqlama vermişdi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.