Dişlərin həssaslığının artması

18 Kasım 2014
1 460
0
Dişlərin həssaslığının artması
Dişlərin həssaslığının artması


Bir çox insanlar bu problemlə vaxtaşırı olaraq üzləşir.

İsti, soyuq, şirin, turş qidalar və içkilər dişlərdə ağrıya səbəb olur. Ağrı hətta dişlərin təmizlənməsi zamanı və çöldə soyuq hava udduqda inkişaf edə bilər. Bu hal "hiperesteziya" adlandırılır. Problemlə həm böyüklər, həm də uşaqlar (xüsusilə yeniyetmələr - onların orqanizmlərində gedən güclü dəyişikliklərə görə) üzləşir.

İltihab zamanı olan ağrı ilə müqayisədə hiperesteziya zamanı olan ağrı yalnız qıcıqlandırıcı (qida, maye və s.) dişin üzərinə düşdükdə əmələ gəlir və tez də keçir. Dişin iltihabı zamanı isə ağrı daha uzun çəkir.

Hiperesteziya müstəqil pozulma kimi inkişaf edə bilər və ya digər xəstəliklərin əlaməti kimi meydana çıxa bilər (parodontit, parodontoz, endokrin pozulmalar və s.).

Dişlərin həssaslığının artmasının səbəbləri müxtəlif ola bilər:
- ağardıcı diş pastalarından və sərt diş şotkalarından istifadə etdikdə (bu halda belə pastalardan və şitkalardan imtina etmək lazımdır),
- diş emalının eroziyası zamanı,
- kariesin başlanğıc forması zamanı,
- diş daşının təmizlənməsindən sonra (diş daşı ilə örtülən emal daha zəif olur və bir neçə gün ərzində daha həssas olur),
- dişlərin ağardılmasından sonra (emalın xarici qatı zədələnir),
- dişlərin mikrotravmaları, diş emalın çatları zamanı (bu dişlərlə sap və ya məftil qırmaq, tum çırtlamaq və s. bu kimi zərərli adətləri olan insanlarda olur).
Bəzi bilavasitə dişlərlə bağlı olmayan faktorlar dişlərin həssaslığının artmasına gətirib çıxara bilər:

- bəzi mineral maddələrin (kalsium, fosfor, maqnezium və s.) çatışmazlığı,
- hamiləlik toksikozları,
- infeksiyalar və viruslar,
- mədə-bağırsaq sistemi xəstəlikləri,
- endokrin pozulmaları,
- hormonal kontraseptivlərin (hamiləlik əleyhinə olan dərmanlar) qəbulu,
- streslər və s.

Hiperesteziya məhdudlaşdırılmış (ağrı bir və ya bir neçə dişi əhatə edir) və ya sistem (ağrı bir çənənin bütün düşlərini əhatə edir) formasında ola bilər.
Hiperesteziyanın müalicəsi üçün stomatoloqa müraciət etmək lazımdır. İlk növbədə həkim pozulmanın səbəbini təyin edəcək. Əgər bu pozulma hər hansı digər xəstəliyin simptomu kimi meydana çıxıbsa, bu xəstəlik müalicə olunmalıdır.
Dişlərin həssaslığının artmasının müalicəsi kompleks şəklində aparılmalıdır. Bura mineral komplekslərin qəbulu, pəhriz, xüsusi müalicəvi diş pastaların, gellərin və lakların istifadəsi, fizioterapevtik üsullar daxildir.

Dişlərin həssaslığının artmasının müalicəsini müəyyən qidalanma qaydalarından başlamaq lazımdır. Turş, şirin, çox soyuq və isti qadaları qəbul etməyin. Sitrus meyvələri, təbii şirələr, qazlı suların tərkibində turşular var ki, onlar dişlərə qıcıqlandırıcı təsir edir. Hərarətin kəskin növbələşməsi də dişlərin həssaslığını artırır (məsələn, isti qəhvə və dondurma). Suxarı, tum, çərəzlərin daim qəbulu dişlərin emalına çox mənfi təsir edir - emalın üzərindı mikroçatlar, sıyrıntılar əmələ gəlir ki, nəticədə dişlərin həssaslığı arta bilər.
Balıq və digər dəniz məhsulları, süd məhsulları (pendir, şor və s.), qaraciyər dişlər üçün çox xeyirlidir.

Dişlərin həssaslığını azaldan xüsusi pastalar (Oral-B Sensitive Original, Sensodyne-F və s.) çox yaxşı effekt verir. Belə pastaları ildə bir neçə dəfə müəyyən kurslarla istifadə etmək olar.
Xüsusi müalicəvi laklar, gellər, kremlər və köpüklər stomatoloq tərəfindən təyin olunur.
Fizioterapevtik üsulların arasında elektroforez istifadə olunur. Elektroforez zamanı kalsium qlukonat, vitaminlər və s. istifadə olunur.

Xalq təbabəti üsulları arasında çay ağacı yağı (1 stəkan suya 3 damcı yağ əlavə olunur və qarqara üçün istifadə olunur), palıd ağacı qabığı, ayıpəncəsi çiçəkləri, çobanyastığı dəmləmələri (1 stəkan qaynar su 1 xörək qaşığı bitki) istifadə oluna bilər.
İlk tibbi yardım məqsədi ilə hiperesteziya zamanı ağızda ilıq süd saxlamaq olar. Bu sadə vasitə ağrını çox tez götürür.



R.T.Fikammm

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.