Müdafiə Nazirliyi işğaldan azad olunan kəndlərin adlarını açıqladı

27 Eylül 2020
656
0
Müdafiə Nazirliyi işğaldan azad olunan kəndlərin adlarını açıqladı
“Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli ərazilər azad olunub”.

Feat.Az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cərbayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.
Mənbə:Report
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.