İlham Əliyev: "Bu dəfə biz onlara növbəti dərs verəcəyik"
Feat.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən deyib.
“Bu ana qədər Ermənistan silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən aralarında 2 uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürülüb. Mülki şəxslər arasında 20-dən çox yaralı var. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. Bu dəfə biz onlara növbəti dərs verəcəyik”, - Prezident bildirib.