Azərbaycandan Ermənistana növbəti xəbərdarlıq

02 Ekim 2020
463
0
Azərbaycandan Ermənistana növbəti xəbərdarlıq
"Ermənistan tərəfinə xəbərdarlıq edirik ki, Ermənistan ərazisindən Azərbaycana mülki şəxslərə və obyektlərə hücumlar dayandırılmadığı halda, atəşi həyata keçirən legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcək".

Feat.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan qoşunların təmas xəttində itkilərini gizlətmək üçün fotoşop və digər vasitələrlə saxta məlumatlar hazırlayır və yayır.

"Bizim mülki insanlarla işimiz yoxdur. Ermənistan məqsədyönlü şəkildə mülki insanları hədəfə çevirməyə çalışır. Azərbaycanın erməni xalqı ilə işi yoxdur, - H.Hacıyev əlavə edib.
Mənbə:report
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.