Azərbaycan Əhaslisi 10 milyona az qaldı

20 Kasım 2014
1 399
0
Azərbaycan Əhaslisi 10 milyona az qaldı
Azərbaycan Əhaslisi 10 milyona az qaldı

Bu il oktyabr ayının 1-nə Azərbaycan əhalisinin sayı 9 564,4 min nəfərə çataraq, ilin əvvəlindən 87,3 min nəfər və ya 0,9% artıb.

Məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 110 nəfər olub. Hər 1000 nəfər kişiyə qadınların sayı 1011 nəfər təşkil edir. Əhalinin ümumi sayının 53,2%-i şəhər, 46,8%-i isə kənd sakinləridir.

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə 128,1 min körpə doğulub və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,9-dan 18,2-yə qədər artıb. Doğulanların 53,6%-ni oğlan, 46,4%ni isə qız uşaqları təşkil edir. Körpələrin 2308-i əkiz, 48-i isə üçəm doğulub.

Bu ilin 9 ayı ərzində ölkədə 41,6 min ölüm halı qeydə alınıb və hər 1000 nəfər əhaliyə hesabı ilə bu göstərici 5,9 təşkil edib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.